"Narniya salnamələri" yenidən böyük ekrana qayıdır

"Narniya salnamələri" yenidən böyük ekrana qayıdır
8 oktyabr 2024
# 11:00

“Barbi” filminin rejissoru Qreta Gerviq “Narniya Salnamələri”nin yeni filminin rejissor kürsüsündə əyləşəcək.

Kulis.az xəbər verir ki, Gerviqin iki Narniya xronikası filmi idarə çəkəcəyi bildirilir. Filmlərin Netflix-də yayımlanacağı iddia edilir. Məşhur aktrisa Saoirse Ronanın da filmdə rol alacağı deyilir.

Qeyd edək ki, bundan əvvəl "Narniya salnamələri: Aslan, cadugər və qarderob" (2005), "Narniya salnamələri: Şahzadə Kaspi" (2008) və "Narniya salnamələri: Sübh ulduzunun səyahəti" ( 2010) tamaşaçılarla görüşmüşdü.

# 182 dəfə oxunub

Müəllifin son yazıları

# # #