"Miniyonlar 3" cizgi filmi nə vaxt nümayiş olunacaq

"Miniyonlar 3" cizgi filmi nə vaxt nümayiş olunacaq
15 iyul 2024
# 17:01

"Dəlisov oğrular 4" filmi kassada böyük uğur qazandıqdan sonra Universal və Ullumination şirkətləri "Minions" seriyasının yeni filminin nümayiş tarixini açıqlayıb.

Kulis.az xəbər verir ki, ssenarisini Brian Lynch edəcək filmin rejissoru "Dəlisov oğrular"ın" ilk üç filminin rejissoru Pierre Coffin olacaq.

"Dəlisov oğrular" və "Minions" filmləri birlikdə təxminən 5 milyard dollar gəlir əldə edərək, onları tarixin ən böyük cizgi serialı edib.

Qeyd edək ki, "Minions" 30 iyun 2027-ci ildə buraxılacaq.

# 648 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #