Milyonların gözlədiyi filmdə o da çəkiləcək

Milyonların gözlədiyi filmdə o da çəkiləcək
14 oktyabr 2025
# 12:11

Russo qardaşlarının müəllifi olduğu “Avengers: Doomsday” filminin nümayişi ərəfəsində gözlənilən həyəcan getdikcə artır.

Kulis.az xəbər verir ki, "Marvel"in bir çox məşhur personajını yenidən görəcəyimiz layihədə Çenninq Teytum da olacaq.

Məşhur aktyor ekran əsərində “Deadpool&Wolverine” filmində canlandırdığı Qambit obrazını ifa edəcək.

Cimmi Fellonun verilişinə qonaq olan Teytum ssenarini oxuduqdan sonra heyrətə gəldiyini bildirib.

Robert Dauni isə bu dəfə Dəmir adam deyil, Doktor Dum rolunu ifa edəcək.

Qeyd edək ki, film 18 dekabr 2026-cı ildə nümayiş olunacaq.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər