Məşhur aktyor xərçəngə tutuldu

Məşhur aktyor xərçəngə tutuldu
25 yanvar 2023
# 13:50

Aktyor Aydemir Akbaş xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, on il əvvəl də, qırtlaq və bağırsaq xərçəngi ilə mübarizə aparan Aydemir Akbaş ona yenidən xərçəng diaqnozu qoyulduğunu bildirib.

Bu barədə mətbuata açıqlama verən aktyor deyib:

“Hər kəsə salam. Təxminən 15 günlük analizlərdən sonra məlum oldu ki, məndə xərçəng var. 10 il əvvəl məndə də oxşar vəziyyət olmuşdu və sağ qaldım. Müalicəm həkimlərin nəzarəti altında başladı. Hal-hazırda özümü olduqca yaxşı hiss edirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. İstədim ki, xəbəri əvvəlcə məndən eşidəsiniz. Salam olsun əzizlərimə, yaxınlarıma".

# 2038 dəfə oxunub

Müəllifin son yazıları

# # #