Məşhur aktyor: "Milyonlarla borcum var..."

Məşhur aktyor:  "Milyonlarla borcum var..."
17 iyun 2024
# 11:11

"Milyonlarla borcum var, artıq evimi itirmək təhlükəsiylə qarşılaşmışam..."

Kulis.az xəbər verir ki, bu sözləri iki dəfə Oskar mükafatına layiq görülmüş Hollivud ulduzu Kevin Speysi deyib.

Aktyorun sözlərinə görə, onun borcu məhkəmə xərcləri ucbatından yaranıb.

Belə ki, Kevin Speysi 14 yaşlı Entoni Reppi zorlamaqda günahlandırılıb.

Qeyd edək ki, məşhur aktyor karyerası boyunca "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" kimi nüfuzlu mükafatlara layiq görülüb. Lakin son illərdə onun karyerası cinsi təcavüz ittihamları səbəbindən böyük zərbə alıb; o, bir çox layihələrdən uzaqlaşdırılıb.

# 487 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #