"Məsələni ictimailəşdirməyimi istəmirsənsə..." - Hikmət Rəhimovu təhdid etdilər

"Məsələni ictimailəşdirməyimi istəmirsənsə..." - Hikmət Rəhimovu təhdid etdilər
16 iyul 2024
# 15:49

Aktrisa Sanura Cəfərova ilə aktyor Hikmət Rəhimov arasında qalmaqal yaşanıb.

Kulis.az xəbər verir ki, bununla bağlı Sanura sosial media hesablarında paylaşım edib.

O bildirib ki, problem Rəhimovun rejissoru olduğu “Apatiya 2” filminin çəkilişi zamanı yaranıb:

““Rejissor” Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni bu “story”yə işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər).

Əgər sənin “Apatiya 2” filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, setdəki (çəkiliş meydançası - red) insanların haqqını ver!”.

Aktyor Hikmət Rəhimov həmkarı Sanura Cəfərovanın onun haqqında yazdığı qalmaqallı fikirlərə cavab verib.

O, bildirib ki, aktrisa və komandasının ödənişinin gecikməsinə səbəb sponsordur:

“Sponsor ödəniş eləməlidir. Bir az gecikmə var. Bunu hamı bilir. Qayda və qanun mövcuddur”.

olay.az

# 1944 dəfə oxunub

Müəllifin son yazıları

# # #