"Marvel" təsdiqlədi: İlk “X-Men” filmi çəkiləcək

"Marvel" təsdiqlədi:  İlk “X-Men” filmi çəkiləcək
29 avqust 2025
# 11:08

"Marvel" kino studiyası ilk “X-Men” filmi üçün hazırlıqlara başlayıb

Kulis.az xəbər verir ki, Marvel studiyası “X-Men” filminin çəkilişlərinə rəsmi olaraq start verildiyini təsdiqləyib.

“Thunderbolts” filminin rejissoru Ceyk Şrayer “Empire” jurnalına açıqlamasında hər hansı detal verməsə də, işlərin artıq başladığını və bunun “çox həyəcanverici” olduğunu bildirib.

Yeni filmin ssenarisi Maykl Lessliyə həvalə olunub. Ekran əsərinin 2027-ci və ya 2028-ci ildə nümayiş etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, layihənin aktyor heyəti hələ açıqlanmayıb.

# 238 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər