Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) NOW kanalını cəzalandırıb.
Kulis.az xəbər verir ki, buna səbəb “Şakir Paşa Ailesi: Mucizeler ve skandallar” və “Kızıl qoncalar” serialları olub. Bunlara görə kanala pul cəzası verilib.
Səbəb isə layihələrdə qadına şiddət, nifrət və qəzəb yaradacaq sözlərin istifadə olunmasıdır.
Xatırladaq ki, “Kızıl qoncalar” ötən il də iki dəfə cəzalandırılıb.