Kidman və Bullok işbirliyi - 26 il sonra

Kidman və Bullok işbirliyi - 26 il sonra
27 yanvar 2025
# 11:36

Məşhur Hollivud ulduzları Nikol Kidman və Sandra Bullok 1998-ci ildə çəkilmiş "Praktik sehir" filminin növbəti hissəsində oynayacaqlar.

Kulis.az xəbər verir ki, filmin rejissoru Syuzan Bayer olacaq.

Filmin ssenari müəllifi ilk filmin həmmüəlliflərindən olan Akiva Qoldsmandır.

Qeyd edək ki, Alis Hoffmanın eyniadlı romanı əsasında çəkilən ilk filmin rejissoru Qriffin Dan olub.

# 739 dəfə oxunub

Müəllifin son yazıları

# # #