“İtmiş qız” filminin treyleri yayımlanıb

"The Lost Daughter" filmi

"The Lost Daughter" filmi

19 oktyabr 2021
# 18:10

Amerikalı tanınmış aktrisa Maggie Gyllenhaanın rejissorluq etdiyi “İtmiş qız” (The Lost Daughter) filminin rəsmi treyleri nümayiş olunub.

Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, filmdə baş rolları amerikalı aktyorlar Dakota Johnson, “Oskar”, Olivia Kolman və Peter Sarsgaard canlandırırlar.

Filmdə İngilis dili müəllimi Leda özünü işinə və uşaqlarına həsr edən tənha bir qadındır. Qızları atalarının yanında olmaq üçün evdən çıxanda Leda özünü son dərəcə tənha hiss edir. Bu hissdən uzaqlaşmaq istəyən Leda İtaliyanın cənubundakı kiçik bir sahil qəsəbəsində yalqız tətil etmək qərarına gəlir. Ancaq sakit və səssiz keçən bir neçə günün ardınca Leda bir qəribə ailə ilə tanış olur. Bu tanışlıq Ledanın keçmişi ilə üzləşməsinə səbəb olur.

# 4212 dəfə oxunub

Müəllifin son yazıları

# # #