İsveçli rejissor Naxçıvanda film çəkəcək

İsveçli rejissor Naxçıvanda film çəkəcək
3 may 2024
# 14:00

Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişinə başlayır.

Kulis.az xəbər verir ki, Naxçıvana gələn çəkiliş heyəti Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidovla görüşüb.

Filmin rejissoru Mikael Silkeberq Naxçıvanın zəngin tarixi olduğundan bəhs edib.

Görüşdə çəkiliş aparılacaq məkanlar, filmdə rol alan aktyorlarla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Nuhun ayaq izləri” adlanan filmdə Naxçıvanda fəaliyyət göstərən aktyorlar rol alacaq.

Filmin çəkilişləri Haçadağda, Əshabi-Kəhf Ziyarətgahında,Əlincə qalasında, Ordubad rayonunda, Gəmiqayada, Möminə Xatın türbəsində, Nuh Peyğəmbərin türbəsində və digər məkanlarda aparılacaq.

# 481 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #