Hacı Səfərov: "Kino ittifaqlarının bu sektora təsir imkanı yoxdur"

Hacı Səfərov:  "Kino ittifaqlarının bu sektora təsir imkanı yoxdur"
28 iyul 2023
# 12:00

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətinin iştirakı ilə iclas keçirilib və iclasın sonunda ölkədəki kino sektoruna dəstək məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.

Bu barədə Kulis.az-a danışan kinoşünas Hacı Səfərov bildirib ki, 11 ildir Azərbaycan kinosunda mövcud olan iki ittifaqlılıq dövründə kinomuzda ciddi inkişaf nəzərə çarpmayıb.

“Bu ittifaqların birləşməsinin də kinoya ciddi töhfə verəcəyi hələlik qaranlıqdır. Çünki sözügedən ittifaqların birbaşa kino istehsalına və kino sektoruna təsir imkanı yoxdur. Onlar sadəcə təbliğat-təşviqat və məşvərət işləri görürlər”.

H.Səfərovun sözlərinə görə, hazırda kinonun inkişafı birbaşa siyasi iradədən asılıdır.

“Hər halda ittifaqlardan biri haqqında yayılan neqativ söz-söhbətlərin unudulması və Kino ittifaq anlayışının yenidən müsbət assosasiyalar yaratması baxımından müsbət qarşılamaq olar”.

# 1458 dəfə oxunub

Müəllifin son yazıları

# # #