"Fransa Kino Günləri" keçiriləcək

"Fransa Kino Günləri"  keçiriləcək
7 aprel 2025
# 18:03

Aprelin 15-dən başlayaraq AKİ-nin Azərbaycan Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığı çərçivəsində “Fransa Kino Günləri” start götürəcək.

Kulis.az xəbər verir ki, 15-22-29 aprel və 6 may tarixlərində dörd fransız tammetrajlı bədii filmləri nümayiş olunacaq.

Aprelin 15-də rejissor Rene Klemanın “Pişiklər” (Les félins) (1964) tammetrajlı bədii filmi nümayiş olunacaq. Filmdə məşhur aktyorlar Alen Delon, Ceyn Fonda, Lola Olbrayt çəkiliblər.

Aprelin 22-də, rejissorlar Metyü Delaport və Aleksander de La Patelyenin ekranlaşdırdığı “Qraf Monte-Kristo (“Le Comte de Monte-Cristo”) (2024) filmi nümayişolunacaq.

Aprelin 29-da rejissor Lui Malın “ Əlvida, uşaqlar” (“Au revoir les enfants”) (1987) filminin nümayişi baş tutacaq.

Mayın 6-da rejissor Jorj Franjunun ekranlaşdırdığı “Simasız gözlər” (“Les yeux sans visage”) (1959) tammetrajlı bədii filmi təqdim olunacaq.

Nümayişlərə giriş ənənəvi olaraq sərbəst və qeydiyyatsız olacaq.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

# # #