"Dostlar" serialının ulduzu Metyu Perrini milyonlara sevdirən Çendler obrazından kənarda necə bir insan olduğunu göstərməyi qarşısına məqasəd qoyan yeni sənədli film tamaşaçılara təqdim olunacaq.
Kulis.az xəbər verir ki, “The One About Matthew Perry” adlı üç hissəli film oktyabrın 27-də “Netflix”də yayımlanacaq.
Layihədə aktyorun bacısı, yaxın dostları və onunla işləmiş insanların xatirələri, həmçinin ailə arxivindən indiyədək yayımlanmamış foto və videolar yer alacaq. Film Perrinin şöhrətə gedən yolunu və şəxsi mübarizələrini yaxınlarının danışdıqları əsasında təqdim edəcək.