Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”  

Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”  
3 avqust 2021
# 13:30

“Hazırda dövlət dəstəyi ilə çəkilən filmlər – Elçin Musaoğlunun “Məryəm”, Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” ekran əsərləri yeni avadanlıqlarla lentə alınır.”

Bu sözləri “Mədəniyyət” qəzetinə müsahibəsində Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov söyləyib. O, dahas onra əlavəe dib:

“Biz 1982-ci ildən bəri ilk dəfə “Azərbaycanfilm” Kinostudiyası üçün ən müasir avadanlıqlar aldıq. Həmin avadanlıqlar başda Almaniyadan olmaqla dünyanın qabaqcıl şirkətlərindən alınıb.”

Rüfət müəllim “Netflix”lə əməkdaşlıqdan da danışıb:

“Netflix” platformasının nüfuzlu bir layihəsi Azərbaycanda lentə alınacaq. Təəssüf ki, pandemiya səbəbindən bu istiqamətdə daha genişmiqyaslı işlər görmək mümkün deyil. Lakin pandemiyanın bitməsi ilə, əminəm ki, Azərbaycan ərazisində, bir çox dünya miqyaslı filmlər lentə alınacaq.”

O, Azərbaycan Kino Agentliyinin yaranması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

“Cənab nazir Anar Kərimov bir neçə müsahibəsində bu agentliyin vacibliyini qeyd edib. Bu sahə də islahatlarımızda prioritet istiqamətlərdən biridir. Artıq bu istiqamətdə bir çox işlərimiz yekunlaşıb. Layihə formasında nəzəri baxımdan hazırdır. Bu təşkilatın yaradılması Azərbaycan kino sənayesinə ciddi təkan verəcək.”

# 1665 dəfə oxunub

Müəllifin son yazıları

# # #