#

“Sehrli üzük” tamaşası onlayn göstəriləcək

“Sehrli üzük” tamaşası onlayn göstəriləcək
14 iyul 2021
# 19:15

İyulun 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.

Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsini nümayiş etdirir.

Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.

Tamaşa teatrın Yutub kanalında saat 12-də nümayiş olunacaq.

# 2109 dəfə oxunub

Müəllifin son yazıları

# # #