“Netflix”lə əməkdaşlığımız başlayıb - Rəsmi

“Netflix”lə əməkdaşlığımız başlayıb - Rəsmi
28 iyun 2021
# 20:27

“Azərbaycanda kino çəkilişi üçün hər cür şərait var”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov Azərbaycan Film Komissiyasının yaradılması münasibətilə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, yaxşı kinoların çəkilərək dünyada nümayiş olunması Azərbaycanın turizm potensialına öz müsbət təsirini göstərəcək.

“Artıq bizim “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq dünyaya Azərbaycanın potensialını nümayiş etdirmək üçün bir vasitə olacaq”, - deyə A. Kərimov vurğulayıb.

# 1742 dəfə oxunub

Müəllifin son yazıları

# # #