“Cumancı 4” çəkilir

“Cumancı 4” çəkilir
20 aprel 2020
# 14:01

“Cumancı 4” filminin çəkilişləri üçün ilk addımlar atılır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Ceyk Kasdan filmin çox həyəcan verici bir ssenarisi üzərində işlədiklərini bildirib.

Kris Van Allsburqun 1981- ci ildə yayımlanan uşaq kitabından filmə uyğunlaşdırılan “Cumancı” filmini ilk dəfə 1995- ci ildə rejissor Co Conston ekranlaşdırmışdı. Robin Uilyamsın baş rolunu oynadığı macəra filmi bu gün klassikaya çevirilib. Constonun çəkdiyi “Cumancı 2” filmi də satışlarda gözlənilməyən bir uğur əldə edib. 2019- cu ilin dekabr ayında nümayişinə başlanılan “Cumancı 3” filmi də yeni bir qələbə qazanaraq 797 milyon dollar gəlir gətirib.

Koronavirus pandemiyası səbəbi ilə çəkilişlərin bir qədər gecikdiyini bildirən rejissor “Cumancı 4” filminin mövzusu real həyata aid ola biləcəyini qeyd edib. Hələlik bir iddia olaraq ortaya atılan ssenariyə görə filmin real qəhrəmanları ilə oyundakı profillərinin qarşılaşacağı deyilir.

# 2841 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #