Azərbaycanlı ssenaristin filmi Qazaxıstanda nümayiş olundu

Azərbaycanlı ssenaristin filmi Qazaxıstanda nümayiş olundu
25 noyabr 2025
# 13:24

Azərbaycanlı dramaturq İsmayıl İmanın pyesi əsasında Qazaxıstan rejissoru Jandos Aybasovun çəkdiyi “№37” filmi Qazaxıstan kinoteatrlarında nümayiş olunub.

Kulis.az xəbər verir ki, film terror aktı nəticəsində həlak olmuş, lakin 15 il sonra gözlənilmədən ailəsinin yanına qayıdan Rəsulun hekayəsindən bəhs edir.

İsmayıl İmanın “Astara bağları” pyesi 2022-ci ildə Almatıda müstəqil ŞAM teatrı tərəfindən “№37” tamaşası kimi səhnələşdirilib. Səhnə əsərinin uğurundan sonra eyni yaradıcı komanda pyesin ekranlaşdırılmasına qərar verib. Ekran işində əsas rolları Yerkebulan Dayırov, Asan Majit, Zarina Karmen və digər aktyorlar ifa ediblər.

# 402 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər