Azərbaycan rejissorunun filmi Venesiya Film Festivalında

Azərbaycan rejissorunun filmi Venesiya Film Festivalında
23 iyul 2025
# 12:27

Azərbaycanlı rejissor Hilal Baydarovun filmi Venesiya Film Festivalında göstəriləcək.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya rejissor özü məlumat verib.

O bildirib ki, "Xütbə" trilogiyasının son filmi — "Boşluğa Xütbə" dünya premyerasını Venesiya Film Festivalında edəcək.

Film Azərbaycan–Meksika–Türkiyə ortaq istehsalıdır və dünyanın sonu yaxınlaşarkən Şah İsmayılın dirilik suyunu axtarmaq üçün çıxdığı səyahətdən bəhs edir.

Qeyd edək ki, bu, Hilal Baydarovun Venesiyada nümayiş edilən ikinci filmidir.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

# # #