Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində

Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
24 noyabr 2020
# 18:21

Kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir.

APA-nın məlumatına görə, filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar.

Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən filmin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə olaraq Xocalı hadisələrinə həsr olunmuş hansısa əsər belə nüfuzlu irimiqyaslı beynəlxalq festivalda nümayiş etdirilir.

“Resistance” Beynəlxalq Film Festivalı İranın ən nüfuzlu beynəlxalq festivallarından biri hesab olunur. Qeyd edək ki, 16-cı Tehran Beynəlxalq Film Festivalına bu il 3700-dən çox müxtəlif janrda film təqdim olunub və onlardan yalnız 145-i iştirak hüququ qazanıb.

Festivalın birinci hissəsi sentyabrın 27-də baş tutub. İkinci mərhələ isə 21-27 noyabr aralığında həyata keçirilir. Festivalda əsasən İran, Hindistan, ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Rusiya, İndoneziya, Azərbaycan, Gürcüstan, Yaponiya və digər ölkələrin filmləri nümayiş etdirilir.

“Dərdimi çəkirəm” filmi Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq çəkilib.

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

# # #