Məşhur kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi istehsalata buraxılıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Kulis.aza verilən xəbərə görə, filmin hazırlıq prosesi davam edir.
İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin məkan çəkilişləri üçün Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur.
- Xalq artistinin vəziyyəti açıqlandı
- "Oradan qorxulu səslər gəlir..." - Bakıda zirzəmisində cəsədlər olan məsciddən reportaj
- Məşhur rus rejissor azərbaycanlı aktrisanı zorlayıb – ETİRAF
Təxminən bir həftədən sonra filmin çəkilişləri başlanacaq və ilin sonuna qədər tamamlanacaq.
Ekran əsərinin ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.