Türkiyəli aktyor İtaliya serialında

Türkiyəli aktyor İtaliya serialında
6 oktyabr 2020
# 13:51

Türkiyəli aktyor Mehmet Günsür İtaliyada yayımlanan “La Compagina del Cigno” teleserialında rol alacaq.

Kulis.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, o, maestro Teoman Kaya obrazını canlandıracaq. Serial, Milan şəhərindəki Cüzeppe Verdi Konservatoriyasında oxuyan yeddi gəncin aralarındakı dostluqdan bəhs edir.

Qeyd edək ki, serialın yeni mövsüm üçün çəkilişləri ötən həftədən etibarən başlamışdır.

# 2179 dəfə oxunub

Müəllifin son yazıları

# # #