Şərif Ağayarın hekayəsi Türkiyədə ssenariləşdi

Şərif Ağayarın hekayəsi Türkiyədə ssenariləşdi
27 may 2021
# 13:30

Yazıçı Şərif Ağayarın “Şəkil” hekayəsi əsasında Türkiyədə “İki gözüm” adlı tammetrajlı film ssenarisi yazılıb.

Kulis.azın verdiyi xəbərə görə, ssenari Mərmərə Universitetinin incəsənət fakültəsinin kinorejissorluq ixtisası üzrə azərbaycanlı məzunu Əlirza Şahbazi tərəfindən diplom işi kimi qələmə alınıb.

Onun diplom rəhbəri universitetin dosenti Seçkin Sevimdir.

Ə.Şahbazi ssenarinin yekun işləri ilə bağlı Şərif Ağayarla görüşüb, bir sıra müzakirələr aparıb.

Yay aylarında nəzərdə tutulan diplom müdafiəsindən sonra ssenariyə film çəkiləcəyi gözlənilir.

# 4239 dəfə oxunub

Müəllifin son yazıları

# # #