Röya yeni klipində həkimlərə, müəllimlərə, deputatlara sataşdı -Video

Röya yeni klipində həkimlərə, müəllimlərə, deputatlara sataşdı -Video
25 dekabr 2020
# 17:56

Xalq artisti Röya Ayxan müğənni Raufla duet layihəsini təqdim edib.

Kulis.az xəbər verir ki, musiqisi Nicat Məlikov, sözləri Elnurə Nağıyeva və Nicat Məlikova məxsus mahnı “Olar” adlanır.

Mahnının səs uzlaşması və masterinq Fərid İsmayılova aiddir. Sözügedən duet Nicat Məlikov tərəfindən ekranlaşdırılıb.

Ekran işi cəsarətli səhnə performansı və mahnı mətnləri ilə seçilib. Belə ki, “Olar” layihəsində Röya və Rauf Uilyam Şekspirdən oxuyaraq deputat, müəllim, həkim və vəkillərə eyham ediblər.

Qeyd edək ki, Röya Ayxanın saç, makiyaj və geyimi üzərində Aygün Məmmədova, Elnur Talıbov və Leyla Mamedova çalışıb.

Klipin çəkilişləri Bakı şəhərində olub və pandemiya dövründə tətbiq edilən karantin tədbirlərinə riayət edilib. Çəkiliş prosesində iştirak edən hər bir komanda üzvünün sosial məsafə, maska və s. kimi gigiyena qaydalarına əməl olunması təmin edilib, baş qəhrəmanlar “COVID-19” testini verdikdən sonra bir araya gəliblər.

Layihənin baş prodüseri Kənan Bayramov, prodüseri Vüsal Rzazadə və icraçı prodüseri Cavid Əhmədovdur.

# 4164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #