Rasim Balayev yeni filmdə - Fotolar

Rasim Balayev yeni filmdə - Fotolar
6 may 2020
# 11:30

Xalq artisti Rasim Balayev AzTV-nin ekranlaşdırdığı "Ana və Poçtalyon" poeması əsasında ekranlaşdırılan filmdə yer alıb.

Kulis.az xəbər verir ki, Xalq artisti dövlət televiziyasının istehsalı olan 1941-45-ci illərdən bəhs edən qısametrajlı sənədli filmdə "Ana və Poçtalyon" poemasını səsləndirib.

Gallery

Böyük vətən müharibəsinin 75 illiyinə həsr olunan ekran işində Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, Gülyanaq Məmmədova, Sevda Ağazadə və Ənvər Sadıqov rol alıb. Filmin ideya müəllifi və layihə rəhbəri Etibar Babayev, rejissoru Elnur Məmmədovdur.

Gallery

Film may ayının 9-da AzTV-də nümayiş olunacaq.

Gallery

Gallery

Gallery

# 3111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #