Qısametrajlı film müsabiqəsinin qalibləri bəlli oldu

Qısametrajlı film müsabiqəsinin qalibləri bəlli oldu
30 aprel 2021
# 15:15

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibləri elan olunub.

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqədə 11 layihə qalib gəlib.

Qeyd edək ki, qaliblər Dövlət Film Fondunda keçirilmiş Pitçinqdə müəyyən edilib.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilib.

Qalib gələn layihələr aşağıdakılardır:

Bədii filmlər

“Tanrının nəbzi”
“İkinci planetin qırmızı rəngi”
“Arxa cəbhə”
“İki gün”
“Hasar”

Sənədli filmlər

“Fulya”
“Müharibənin uşaqları”
“Çin olan gizlinlər”
“Evimin səsi”

Animasiya filmləri

“Qarabağ nağılı”
“Tarix”

# 1969 dəfə oxunub

Müəllifin son yazıları

# # #