Nuri Bilgə Ceylan bu festivalın münsiflər heyətinə başçılıq edəcək

Nuri Bilgə Ceylan bu festivalın münsiflər heyətinə başçılıq edəcək
5 iyun 2020
# 18:44

Nuri Bilge Ceylan 14-21 iyunda baş tutacaq Beynəlxalq Köç Filmləri Festivalının münsiflər heyətinin sədri oldu.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beynəlxalq Uzunmetrajlı Film Yarışmasının yeddi nəfərdən ibarət olan münsif heyətinə rejissor Nuri Bilge Ceylan rəhbərlik edəcək.

Əllidən artıq filmin nümayiş olunacağı festival yerli və əcnəbi olmaqla yüzlərlə kinematoqraf, media nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Festivalda dünyada və Türkiyədə son 5 ildə əhəmiyyətli festivallarda mükafatlara layiq görülən filmlər, “Beynəlxalq uzunmetraj” və “Beynəlxalq qısametraj” olmaq üzrə iki kateqoriyada yarışacaq. Yarışmanın nəticəsində “Ən yaxşı uzunmetraj film” 15 min avro, iki ən yaxşı qızametraj film və ən yaxşı ssenari isə 5 min avro pul mükafatına sahib olacaq.

# 2857 dəfə oxunub

Müəllifin son yazıları

# # #