Kann Film Festivalının jüri sədri bəlli oldu

Kann Film Festivalının jüri sədri bəlli oldu
15 yanvar 2020
# 10:41

Bu il 2-23 may tarixləri arasında keçiriləcək 73-cü Kann Film Festivalının münsiflər heyətininin sədri məşhur rejissor Spayk Li oldu.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Li münsiflər heyətinin sədri olacağını öyrəndikdən sonra verdiyi açıqlamasında xəbəri eşidəndə şoka düşdüyünü bildirib:

“Bu həyatda yaşadığım, ən böyük nemətlərim gözləmədiyim anda gəldi. 2020-ci ildə festivalın münsiflər heyətininin sədri olma fürsətiminə sahib olduğum xəbərini alanda sözün əsl mənasında şok keçirtdim. Xoşbəxt oldum, təəccübləndim və qürurlandım. Buna görə Kan Film Festivalı, dünyanın ən əhəmiyyətli film festivalı olmaqla yanaşı, həm də film kariyerama böyük təsiri olub. Kanın dünya kinosunda kim olduğumun gedişatını dəyişdirdiyini rahatlıqla deyə bilərəm".

“Malcolm X”, “25-ci Saat”, "Bir adamın içərisində" kimi filmləri kino dünyasına qazandıran Spayk Li 2018-ci il istehsalı olan “BlacKkKlansman” filmi ilə Oskar mükafatını qazanıb.

Onu da qeyd edək ki, Li, Kann Festivalında münsiflər heyətinin başına keçən ilk qaradərili olaraq tarixə düşüb.

Festivalın münsiflər heyətinin üzvlərinin adları isə aprel ayının ortalarında açıqlanacaq.

# 2147 dəfə oxunub

Müəllifin son yazıları

# # #