Azərbaycan kinosu ABŞ-da "Ən yaxşı bədii film" seçildi

Azərbaycan kinosu ABŞ-da "Ən yaxşı bədii film" seçildi
6 mart 2020
# 11:14

ABŞ-da keçirilən “Mindfield Film Festival – Albuquerque”da beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyətinin qərarı ilə Şamil Əliyevin “Çölçü” filmi iki kateqoriyada “Best narratıve feature” (“Ən yaxşı bədii film”) və “Best dırector” (“Ən yaxşı rejissor”) mükafatına layiq görülüb.


Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 64 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüseri M.Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər./azertag.az/

# 2759 dəfə oxunub

Müəllifin son yazıları

# # #