Aprel döyüşləri haqqında yeni film gəlir - "4 gün"

Aprel döyüşləri haqqında yeni film gəlir - "4 gün"
26 mart 2020
# 11:19

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

Filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir. Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır./azetag.az/

# 5137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #