Aktrisanın adına saxta profil açıldı

Aktrisanın adına saxta profil açıldı
3 avqust 2021
# 16:34

Gənc tamaşaçılar teatrının aktrisası Zemfira Əbdülsəmədovanın adına sosial şəbəkələrdə saxta profillər açılıb.

Kulis.az xəbər verir ki, bu barədə aktrisa Feysbuk profilində məlumat paylaşaraq yazıb:

“Bunlar mənim rəsmi fasebook və instaqram səhifələrimdir. İstər burada,istər instaqramda açılan xəbərim olan və olmayan hər hansı bir profil saxtadır. Ola bilər kimsə mənə pərəstiş edir, kumirlik edir, o öz yerində, amma bu, məni bəzən narahat edir. Bu paylaşımı etməklə hörmətli izləyicilərimi bundan xəbərdar etmək istədim.

# 2391 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #