857 saatlıq film nədən bəhs edir?

857 saatlıq film nədən bəhs edir?
26 noyabr 2024
# 18:45

2012-ci ildə isveçli sənətçilər Erika Maqnussonla Daniel Andersson kino tarixində ilk olan bir işə imza atdılar. “Logistika” adlı film 857 saat (35 gün) metrajla dünyanın ən uzun filmi oldu.

Pedometr (addımları sayan cihaz) düşünün. İsveçdə bir mağazada satılan bu cihaz, əslində, dünyanın o biri başından – Çindən gəlir. “Logistika” filmi bu addım sayan cihazın istehsal edildiyi fabrikə doğru həyata keçirdiyi “tərsinə səyahət”indən bəhs edir. Cihazın tədarük zəncirini başdan axırıa kimi həqiqi zamanla tamaşaçılara təqdim edir.

Filmdə heç bir səhnə sürətləndirilmir, kəsilmir. Hər mərhələ olduğu kimi göstərilir: limanlar, yük maşınları, fabriklər… Tamaşaçılar bir məhsulun rəflərə gələnə qədər hansı yollardan keçdiyini dəqiqəbədəqiqə izləyir.

Maqnusson və Andersson bu filmlə bağlı deyir ki, məqsədləri istehlak vərdişlərimizin arxasındakı görünməz dünyanı, məhsulların market vitrinlərinə nə qədər əzab-əziyyətlə gəlib çıxdığını göstərməkdir. Çünki çoxumuz bunun fərqində deyilik.

Maraqlı məqamlardan biri də budur ki, filmin kinoteatrda nümayiş olunması demək olar, mümkünsüzdür.

# 734 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #