80-ci Venesiya Film Festivalında nümayiş olunacaq filmlər - Siyahı

80-ci Venesiya Film Festivalında nümayiş olunacaq filmlər - Siyahı
26 iyul 2023
# 11:00

Bu il 80-ci dəfə keçiriləcək Beynəlxalq Venesiya Film Festivalında nümayiş olunacaq filmlər bəlli olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 4061 film arasından müxtəlif kateqoriyası üzrə nümayiş ediləcək ümumilikdə 23 film seçilib.

Avqustun 30-dan sentyabrın 9-dək keçiriləcək festivalın açılış filmi Edoardo De Angelisin "Komandanta" filmi olacaq ki, bu film də əsas müsabiqə kateqoriyasına daxil edilib.

Həmçinin rejissor Nikolay Arselin "Bastarden", Luc Bessonun "Dogman", Bertran Bonellonun "La Bete", Stefan Brizenin "Hors-Saison", Pietro Castellittonun "Enea", Bredley Cooper "Maestro" ", Sofia Coppolanın "Priscilla", Saverio Costanzo Finalmente L'Alba, Edoardo De Angelisin "Komandanta", Corcio Dirittinin "Lubo", Ava DuVerneyin "Mənşəyi", David Finçerin "Qatil", Mişel Frankonun "Yaddaş", Matteo Qarronun "İo Kapitano", Yorgos Lanthimosun "Poor Things", Pablo Larrainin "El Conde", Michale Mannın "Ferrari", Stefano Sollimanın "Adagio", Malgorzata Szumowska və Michal Englert tərəfindən ekranlaşdırılan "Kobieta Z... (Woman Of)" və Fien Troch'un “Holly” filmləri festivalın baş mükafatı “Qızıl Aslan” uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, festivalın “Üfüqlər” (Orizzonti) kateqoriyasında nümayiş etdiriləcək 17 ekran əsəri arasında 2 türk rejissorunun filmi də yer alıb. Rejissorlar Selman Nacarın “Tərəddüd xətti” və Nehir Tunanın “Yurd” filmi “Üfüqlər” kateqoriyasında Venesiyada kinosevərlərə ilk dəfə təqdim olunacaq.

# 1334 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #