700 layihə arasından seçilmiş - "Kür"

700 layihə arasından seçilmiş - "Kür"
24 aprel 2025
# 12:40

Rejissor Murad Allahverdinin “Kür” tammetrajlı film layihəsi dünyanın aparıcı sənədli film festivallarından olan CPH:DOX və Avropanın nüfuzlu prodüser təlim platforması EAVE arasında keçirilən “CHANGE” beynəlxalq proqramın seçilmiş layihələri arasında yer alıb.

Kulis.az xəbər verir ki, kreativ sənədli filmin elementlərini özündə birləşdirən 1 saat 10 dəqiqə xronometrajlı film layihəsi müşahidə əsaslı sənədli formatdadır. Film layihəsinin prodüseri Afaq Yusiflidir.

Layihədə təbiətlə insan arasındakı münasibətlər araşdırılır.

Kür çayı Qafqaz regionunun ən həyati su mənbələrindən biridir. Kür çayı bu gün iqlim dəyişikliyi səbəbindən quruma təhlükəsi ilə üz-üzə qalıb.

Filmin əsas xəyali qəhrəmanı – şaman qız çayın ruhunu xilas etmək üçün qədim ritualları həyata keçirir.Filmin məqsədi yalnız çayı deyil, həm də onunla bağlı olan gerçəkliyin portretini yaratmaqdır.

Qeyd edək ki, bu il proqrama 700-dən çox müraciət daxil olub. Onlardan yalnız səkkiz layihə bəyənilib. Həmin səkkiz layihədən biri də Azərbaycandan seçilən “Kür” filmnin layihəsidir.

# 181 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #