26 ildən sonra bir filmdə

26 ildən sonra  bir filmdə
28 yanvar 2025
# 09:45

Hollivud ulduzları Nikol Kidman və Sandra Bullok 1998-ci ildə çəkilmiş "Praktik sehr" adlı romantik-fantastik filmin yeni versiyasında da oynayacaq.
Filmdə Salli və Cilian Ovens bacılarını canlandıran aktyorlar 26 ildən sonra eyni rolları canlandırmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, filmin ssenarisini 1998-ci ildə çəkilmiş ilk filmin həmmüəllifi Akiva Qoldsman yazıb.

Qeyd edək ki, 75 milyon dollara çəkilən birinci film 68,3 milyon dollar gəlir əldə etmişdi.

# 603 dəfə oxunub

Müəllifin son yazıları

# # #