"Titanik"in qalıqları qorunacaq - Fotolar

"Titanik"in qalıqları qorunacaq - Fotolar
22 yanvar 2020
# 15:53

Məşhur “Titanik” gəmisinin qalıqları mühafizə olunacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, bununla bağlı ABŞ və İngiltərə arasında müqavilə imzalanıb. İngiltərə Nəqliyyat Nazirliyinin məlumatına görə, müqavilə bir neçə gündür ki, qüvvədədir.

Gallery

Müqaviləyə görə, qalıqların üzərində axtarışlar aparmaq və obyektlərin su üzərinə çıxarılması üçün London və Vaşinqtonun razılığı olmalıdır.

Gallery

Qeyd edək ki, "Titanik" 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən ABŞ-ın Nyu-York ştatına yollandığı səfərində aysberqə çırpılaraq batmışdı.

Gallery

# 2727 dəfə oxunub

Müəllifin son yazıları

# # #