"Netflix"də "Epidemiya" serialı yayımlanacaq

"Netflix"də "Epidemiya" serialı yayımlanacaq
3 sentyabr 2020
# 10:30

Rusiyalı rejissor Pavel Kostomarovun çəkdiyi “Epidemiya” serialı “Netflix” platformasında 12 dildə nümayiş olunacaq.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə layihənin prodüseri Valeri Fyodoroviç özünün Feysbuk səhifəsində yazıb.

Film Moskvanı ölülər şəhərinə çevirən və heç kəsə məlum olmayan yeni bir virusdan bəhs edir. Filmin süjet xətti şəhərdə elektrikin olmaması, pulun dəyərini itirməsi, virusa yoluxmayanların isə yemək və benzin uğrunda mübarizəsi üzərində qurulub.

Rollarda Kirill Kyaro, Viktoriya İsakova, Mariana Spivak, Aleksandr Robak, Yuri Kuznetsov, Anna Mixalkova və başqaları iştirak edir.

# 2484 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #