"Edama məhkumun son günü” təqdim olundu

"Edama məhkumun son günü” təqdim olundu
30 yanvar 2020
# 18:49

Müstəqil Şah Mat Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M. Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinin motivləri əsasında hazırladığı “Edama məhkumun son günü” adlı tamaşa ilə çıxış edib.

Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu Kulis.az-a bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim olunub.

Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində teatrın istedadlı aktyoru Anar Bulud çıxış edib.

Xronometrajı 40 dəqiqə olan tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib.

# 2710 dəfə oxunub

Müəllifin son yazıları

# # #