Mövlud Süleymanlı: “Dəyirman”ı onun bir kəlməsinə görə yazdım” – LAYİHƏ

Mövlud Süleymanlı: “Dəyirman”ı onun bir kəlməsinə görə yazdım” – <span style="color:red;">LAYİHƏ
13 iyun 2017
# 09:00

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Mövlud Süleymanlının “Dəyirman” haqda danışdıqlarını təqdim edir.

- “Dəyirman” povestinin maraqlı yazılma tarixçəsi var. Arif Mustafazadə vardı, çox hörmətli bir ədəbiyyatçı idi. Yaradıcılıq baxımından ondan çox şey öyrənmişəm. Mənə şeirlər oxuyurdu. Onun dilinə, duyğularına hörmətim vardı.

Uzun müddət görünmədi. Bir dəfə görəndə soruşdum ki, haralardasan, nə yazırsan, nə pozursan? Bir kəlmə söz işlətdi və o söz mənə “Dəyirman”ı yazdırdı: “Bu dəyirman xaraba qoyurmu nəynənsə məşğul olaq?”

Image result for pisatel

Gürcüstanda bir dəyirman qurumuşdu, kababxana eləmişdilər. Obrazlı desək, daş yox, cəmiyyət fırlanmağa başlamışdı. Bizim kənddə də iki dəyirman vardı. Bu dəyirman daha tez qurumuşdu. Mən 50-ci illərdən danışıram.

Arif mənə bu sözü deyəndə həmin illər gözümün qabağına gəldi, dəhşətə gəldim. Oturdum yazdım əsəri.

Mənim içimdə heç vaxt senzura olmayıb.

“Azərbaycan” jurnalında çap olundu əsər. İlini deyə bilərəm: 1979-cu ildə.

Dörd, ya beş aya yazmışdım.

Əsər jurnalda çıxanda bütün aləm dəydi bir-birinə.

# 3472 dəfə oxunub

Müəllifin son yazıları

# # #