Yazıq səni Bayrağım, endirdilər, öyləmi? – Ümgülsümün şeirləri

<b>Yazıq səni Bayrağım, endirdilər, öyləmi? – <span style="color:red;">Ümgülsümün şeirləri </b>
26 may 2018
# 16:30

Kulis.az Cümhuriyyət dövrünün parlaq şairlərindən olan Ümgülsümün şeirlərini təqdim edir.

Xəzərə xitab

Darmadağın eylə dalğalarınla

Bizi dar divara alan qalanı.

Heçliklərə sovur nalələrinlə

Çıxılmaz tilsimə salan qalanı.

Nəymiş təqsirimiz, neyləmişik biz?

Bunu sən sual et, mənim dilim yox.

Hansı xəyanətin şərməndəsiyiz?

Bunu sən sual et, mənim dilim yox.

Bayrağım enərkən

Yazıq səni Bayrağım, endirdilər, öyləmi?

Səni yıxıb devirən o zəhərli ruzigar,

O haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar

Yanar ocağımı da söndürdülər, öyləmi?

Bir röyamı oldu o, gördüklərim, həpisi?

Bağlandımı üzümə türk elinin qapısı?

Hicran

Ayrılınca hilal qaşlı yarımdan,

Mən yaşlara batdım geymədim əlvan.

Düşünüb o yıldız gözləri hər an,

Ağlarkən kəndini yorma, dedilər.

Könül şəkvəsini kimə söyləsin,

Qəlbimin dərdini kimlər dinləsin?

Səni sevən, sənsiz ömrü neyləsin?

Dalınca qoşarkən, varma, dedilər...

Günəşim bir daha doğmayacaqmı?

Vəhşi qaranlığı boğmayacaqmı?

Kölgələri şərəf qovmayacaqmı?

Sordum, ümidini qırma, dedilər.

Mən saralıb sollam qərib ellərdə,

Sözüm dastan olar bütün dillerdə,

Gözüm qaldı çiçəklərdə, güllərdə,

Gül dərmədim, düşdüm çəmən aynsı,

Sürgünəm, düşkünəm vətən aynsı.

Ağlaram gözümün yaşı bitincə,

Sızıldaram əlim sizə yetincə,

Şerler düzərəm incədən incə,

Canım candan cida, bədən aynsı,

Sürgünəm, düşkünəm, vətən aynsı.

Könül həsretidir gül benizlərin,

Lalə yanaqlann, gülər üzlərin,

Xurmayı tellerin, ala gözlərin,

Gül dərmedim, düşdüm çəmən aynısı,

Sürgünəm, düşkünem vətən aynsı...

Aprel 1938, Bayıl həbsxanası

Təbim

Axı hər vaxt şən idin sən,

İndi susdun nədən, təbim?

Nəşə saçır bağça, çəmən,

Zövq al, sən də dillən, təbim.

Bizim elə gəlsə bahar,

Günəş doğar al laləzar.

Güllərin də ilhamı var,

Gül açanda dillən, təbim.

Gül bülbülün həmdəmidir,

Bahar sevgi aləmidir.

İlqarımız belədirmi,

Ayrılırsan məndən, təbim?

İgidlərin hünər çağı,

Üzə gülür vəən bağı.

Çəkmə mənə sinə dağı,

Şeir yarat, şənlən, təbim.

***

Sinemde yanar dağlar bahçeler bağlar yetim

Sensizken canım ağlar bensizken memleketim

Özüme bir kez dokun gör nasıl birisiyim

Aşka aşıkken bile memleket delisiyim

# 2083 dəfə oxunub

Müəllifin son yazıları

# # #