Məşhur yazıçı evində ölü tapıldı; necə yazmışdısa, eləcə də öldü

Məşhur yazıçı evində ölü tapıldı; <span style="color:red;">necə yazmışdısa, eləcə də öldü
13 iyul 2017
# 11:18

Fransız yazıçı öz əsərinin qəhrəmanı kimi öldü.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, yazıçı Jan Mişel Lamber öz evində ölü tapılıb.

Polislər yazıçının başında plastik paket, boğazında sıxılmış qalstuk görüblər. Ehtimal olunur ki, onu kimsə qalstukla boğaraq öldürüb. Yazıçının bədənində zorakılıq əlamətləri tapılıb.

Jan Mişel Lamberin sonuncu romanında qəhrəmanın intiharı eynən bu vəziyyətin oxşarıdır. Lamberin qəhrəmanı Şaberin ölümü kitabda bu cür əksini tapıb:

“Keçən gecə professor Şaber öz otağında keçindi. Onun ölü bədənini iş yoldaşları tapdı. Başında plastik paket vardı, əyləşdiyi kreslonun ayağında viski şüşələri gözə dəyirdi...”

Xatırladaq ki, polis yazıçının sirli ölümünü araşdırmağa davam edir. Hüquq-mühafizə orqanları yazıçının intihar etməsi versiyasının doğru olmadığını düşünür.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #