Ən çox və ən az kitab mağazası olan şəhərlər: Bakı siyahıda yoxdur

Ən çox və ən az kitab mağazası olan şəhərlər: <span style="color:red;">Bakı siyahıda yoxdur
29 may 2019
# 10:48

Ajans Press maraqlı bir araşdırma aparıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, ən çox kitab mağazası olan şəhər Portuqaliyanın paytaxtı Lissabon seçilib. Lissabonda hər 100 min nəfərə 41,6 kitab mağazası düşür.

İkinci yerdə Avstraliyanın ikinci böyük yaşayış məskəni olan Melburn şəhəridir. Burda analoji rəqəm 33,9-dur

Borxesin vətəni Buenos-Ayres 22,6-la üçüncü yerdədir.

Qardaş İstanbulun rəqəmi bir az çaşdırıcıdır: 0,9

Ancaq Nigeriyanın paytaxtı Laqos İstanbulu sonuncu olmaqdan xilas edib. 0,3 sayla.

Bizim Bakının isə adı siyahıda ümumiyyətlə yoxdur.

Araşdırmada daha bir maraqlı fakt da qeydə alınıb. 2018-ci ildə çap mediasında kitab mağazaları ilə bağlı 2 min 177 xəbər, kitabın özü ilə bağlı 212 min 199 xəbər yer alıb.

# 2475 dəfə oxunub

Müəllifin son yazıları

# # #