Öz payın aparmağa uşaqlar düzülürlər - “İnternat ədəbiyyatı”

Öz payın aparmağa uşaqlar düzülürlər - “İnternat ədəbiyyatı”
4 aprel 2017
# 10:42

Kulis.az “İnternat ədəbiyyatı” layihəsində 1 saylı internat məktəbinin VII sinif şagirdlərinin Novruz Bayramı haqqında yazdıqları şeirləri yayımlayır. Layihənin rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.

LAYİHƏ: “İnternat ədəbiyyatı”

Bir neçə aydır ki, yazar Sevinc Elsevərlə baş-başa verib, həftə sonumuzu fərqli keçirməyə qərar vermişdik. “Ədəbiyyat saatı” layihəsi çərçivəsində internat məktəblərində uşaqlarla birlikdə kitab oxuyur, müzakirə edir, bəzənsə, xəyallarımızı sözə çevirməyə, öz düşüncələrimizi yazmağa cəhd edirdik. Qısa müddətdə uşaqlar öz dünyalarının qapılarını bizə açdılar... Onların balaca və kimsəsiz ürəklərindəki bütün dünyanı sevəcək qədər sevgiyə, qollarındakı bəşəriyyəti qucaqlayacaq qədər gücə heyran olduq. Çiyinlərində yük kimi daşıdıqları talelərinə baş əyərək, keçmişlərinə mərhəmətlə boylanan bu balacalardan öyrənəcək o qədər şey var ki...

Elə buna görə də görüşlərimiz boyu uşaqların yazdığı nağıl və hekayələri “İnternat ədəbiyyatı” altında Sizə təqdim etmək qərarına gəldik. Sizi internat uşaqlarının dünyasına dəvət edirik...

Vüsalə Məmmədova

Novruz bayramı

Şəkərbura, paxlava

Bişirir analar

Papaqatdı olanda

Badambura qoyarlar

Novruzdur, budur gəlir

Keçəllə Kosa qoşa

Uşaqlar çox əylənir

Bayram axşamında

Novruz gəlir nübarla

Gülür ana - atalar

Bəzənir xonçalar

Boyanır yumurtalar

Kosa ilə Keçəl gəlir

Öz payın aparmağa

Uşaqlar düzülürlər

Tonqaldan atılmağa

Xudayar

Novruz

Novruz gəlir hər yerə

Obalara, ellərə

Hamı tonqal qalayır

Yumurtalar boyayır

Sevinirlər böyüklər

Sevinirlər uşaqlar

Doğma süfrə başında

Bayram axşamlarında

Rəşad Süleymanov və Sənan Qurbanov

Layihənin əvvəlki yazıları:

“Bacım atamın qucağında öldü”

“Paxıllıqdan saralan güllər”

Başını daşla yaran dostu bağışlamaq

# 988 dəfə oxunub

Müəllifin son yazıları

# # #