Ədəbiyyatımızın ən travmatik 9 obrazı - Zeynəbdən Tatar Temirə

Ədəbiyyatımızın ən travmatik 9 obrazı - <span style="color:red;">Zeynəbdən Tatar Temirə
21 oktyabr 2016
# 08:30

Kulis.Az Azərbaycan ədəbiyyatının ən travmatik 10 obrazını təqdim edir.

Zeynəb

Cəlil Məmmədquluzadə: “Danabaş kəndinin əhvalatları”

Ər ölüb, oğlu Xudayar bəyə nökərçilik edir, aldadılmış, zorlanmış və hər şeyi əlindən alınmış Zeynəb. Povest son səhifəsində Zeynəb haqda bu sözlər yazılıbdır:

Zeynəbin libası lap halına müvafiq gəlirdi. Yəni lap mundar idi. Sifəti də biz gördüyümüz sifət deyil. Bu dörd ilin ərzində lap qocalıbdır.

Qaraca qız

Süleyman Sani Axundov: “Qaraca qız”

Ailəsi zəlzələdə tələf olub, qaraçı köçünə qoşulur. Qaraçılardan rəqs edib oxumağı öyrənir. Ancaq onların yanında da rahatlıq tapmır. Gəlib bir bəyin ailəsinə düşür. Bəyin qızı Ağca xanımla dostluq etmək istəyəndə, qızın anası hirslənir, onu silləylə vurur. Və ilan çalma səhnəsi... Qaraca qız bəyin qızı Ağcanı xilas etmək üçün onun arasındakı zəhəri əməndə dodağının partlaq yerindən özü zəhərlənir...

“Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqinə bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!..

- Daxmanın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü.”

Gülzar

Cəfər Cabbarlı: “Gülzar”

Image result for ağlayan qadın

Meşədə azıb bir mağaraya çıxan qızcığazı tanımadığı kişi zorlayır. O, sevdiyinə ərə getsə də reallığı deyə bilmir, müqəddəs Quran kitabını sinəsinə sıxıb, günahsız olduğu üçün ondan kömək istəyir. Ancaq reallıq öz sözünü deyir... Final:

“Nəhayət, kor anasının əlindən yapışmış, onun qara örpəyinə örtünmüş, ağlayaraq evə qayıtmışdı. Hər tərəfdə anlaşılmaz bir dəhşət, təbiətin bütün gözəlliklərində bir bayquş sədası inləyirdi... Gülzar ağlayırdı... Ağlayırdı, çünki başqa bir çarəsi yox idi.

Bahar

Mir Cəlal: “Bir gəncin manifesti”

Image result for Qarda batmaq

Qardaşı inqilaba qoşulan balaca Baharı ev sahibi qar-boranlı bir gündə evdən qovur, onun meyitini qarın içindən tapırlar. Ölüm ayağında Baharın xəyalından keçənlər, gözünə görünənlər insanda dərin sarsıntı yadadır. Cəmiyyətin bu yaşda bir uşağa münasibəti təsirli şəkildə nəql olunur.

Cümrü

İsa Hüseynov: “Tütək səsi”

Atasının müharibədən qara kağızı gəlir, atasının dostu, ondan sonra kolxoz sədri keçmiş Cəbrayıl anası ilə evlənib onların evinə yığışır. Qardaşı Tapdıqdan fərqli olaraq Cümrü həm də ruhu xəstədir. Ancaq baş verənləri anlayacaq, bundan ağrıyacaq qədər ağlı və məntiqi var. Hətta qardaşından da çox Cümrü ağrıyır, ancaq sözlə ifadə edə bilmir. Ona görə gücünü tütək çalmağa verir. O, təkcə öz dərdini deyil, əzizlərini müharibə itirən və aclıqla ölüm-dirim savaşına çıxan bütün insanların dərdini çalır tütəyində.

Səltənət

Əkrəm Əylisli: “Kür qırağının meşələri”

Image result for Kür

Səltənət bu dünyada hamıdan çox sevdiyi Qədirlə evlənəndə elə bilir ki, hamıdan xoşbəxt olacaq. Amma... Müharibə başlayır. Bir yandan da Qədirin nadincliyi. O, müharibəyə çağırılanda da lül-qənbərdir və hamilə qadınına baxıb deyir: “Qız doğsan, boğub öldürəcəm!” Qədir gedir, Səltənət ölü qız uşağı doğur. Qədir getdiyi yerdə ailə qursa da Kür qırağındakı doğma yerlərsiz, Səltənətsiz qala bilmir. Qayıdır. Amma Səltənət onu qəbul etmir. Edə bilmir. Övladının ölümündə Qədiri günahkar bilir. Təkcə Səltənət deyil, Qədirin doğma yerləri də onu qəbul etmək, həzm etmək gücündə deyil.

Tatar Temir

Yusif Səmədoğlu “Qətl günü”

Qətl günün sadə və travmatik qəhrəmanı... Faciəsini yazıçının dilindən təqdim edək.

Qorxdu, Temir, azından min dəfə danışdığı əhvalatı bir də təkrar eləyəcək, yenə, müharibədən qayıdıb, arvadı Tamaranın yanında cavan bir rus soldatını gördüyündən yanıqlı-yanıqlı danışacaq, sonra başlayacaq ana-bacı söyüşü ilə dünyanın bütün arvadlarını bir-birinə qatmağa, axırda da "ay vaşu matlar, naşu matlar" deyib dizinə döyəcək...

Xəlil

İsi Məlikzadə: “Küçələrə su səpmişəm”

Əmisioğlunun günahını üstünə götürüb uzun illər həbsdə qalmağı azmış kimi illər sonra qarşısına çıxan əmisioğlu ikinci bir zərbəni Xəlilə vurur. Və Xəlil parça-parça olur.

Kəbirlinski

Anar: “Dantenin yubileyi”

Image result for Kəbirlinski

Ömrünü sənətə həsr edib, amma səbət də yoxdu. O bütün danlaqlara, tənələrə dözərək yaşayır. Adicə bir yubileyi belə ona çox görürlər. Uzun bir həyat vecsizliyə xərclənə bilərmi? Bu travmalarla yaşayır Kəbirlinski...

# 1774 dəfə oxunub

Müəllifin son yazıları

# # #