Şəhriyardan Rüstəm Behrudiyə tikanlı təbrik İSTEFA MƏSƏLƏSİ

Şəhriyardan Rüstəm Behrudiyə tikanlı təbrik   İSTEFA MƏSƏLƏSİ
13 sentyabr 2016
# 17:28

Rüstəm Behrudinin AYB-dən istefa verməsi ədəbi ictimaiyyətdə rezonans yaradıb. Bu barədə Kulis.Az-a danışan, AYB üzvü, şair Şəhriyar Del Gerani Rüstəm Behrudinin başa düşdüyünü deyib: “Rüstəm müəllimin umacağı təxminən başadüşüləndir. Yaşın gətirdiyi hissi-emosional qərardan biri də bu olsun gərək. Biz heç nə demirik”.

Şəhriyar Del Gerani Rüstəm Behrudini qınamaqdan da çəkinməyib: “Amma "Salam dar ağacı" şeirinin müəllifi, hətta şəxsi facebook səhifəsində iş yerini "Göy üzündə Allahın mirzəsi" kimi qeyd etmiş dəyərli şair dostum Rüstəm Behrudi belə xırda - ad günü təbrikləri, müsahibədə ad çəkmək janrındakı və sairi məsələləri bir şair kimi özü üçün çoxdan həll etməli, belə cüzi jest gözləntilərindən yuxarıda dayanmalıydı. Mən bir daha öz adımdan və AYB rəhbərliyi, üzvləri, jurnal əməkdaşları adından Rüstəm müəllimi təbrik edir, sağlam ömür arzulayıram!

# 1327 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #