Tolstoy, Dostoyevski, Nabokov bu evlərdə yaşayıblar - FOTOLAR

Tolstoy, Dostoyevski, Nabokov bu evlərdə yaşayıblar - <span style="color:red;">FOTOLAR
20 noyabr 2017
# 17:40

Kulis.az məşhur rus yazıçılarının yaşadıqları evlərin fotolarını təqdim edir.

Tolstoyun malikanəsi

Музей-усадьба Льва Толстого Ясная Поляна

Yasnaya Polyana Rusiyanın tanınmış yazıçılarının ən məşhur məskəni olub. Amma təbii ki, bu yer daha çox Tolstoyun adı ilə bağlıdır.

Dostoyevskinin sakit limanı

Novqorod quberniyasının Staraya Russa şəhərinin ətrafında yerləşən böyük ev Dostoyevskinin sonuncu cənnətidir. Dostoyevski burda 7 il yaşayıb və çoxlu gözəl əsərlərini bu mənzildə qələmə alıb.

Svetayevanın Tarusu

Tarus şəhərciyində tanınmış ədəbiyyatçılar yaşayıb. Daha çox yay tətillərində yazıçılar bura üz tuturmuşlar. Məsələn, Konstantin Paustovski, Nikoloy Zabolçkiy və s. Ancaq bu yer daha çox Mariya Svetayevanın adı ilə bağlıdır. O, uşaqlıqdan burda yaşayıb. Ev-muzeyində Svetayevanın bütün ailəsinin tarixi təsvir olunub.

Axmatovanın kommunal mənzili

15_Фонтанный дом. 14.12.2016.JPG

Peterburqun Fəvvarələr evində müxtəlif dövrlərdə I Pyotr, I Pavel və Aleksandr Puşkin olub. Ancaq keçən əsrdə kommunal mənzillərin birində şairə Anna Axmatova yaşayıb. İndi onun yaşadığı divarların arasında şairənin adına muzey açılıb.

Yeseninin ata evi

Kanstantinov Ryazansk vilayətindəki doğma kəndində yerləşir. Ölümündən sonra muzeyə çevirdilər.

Mayakovskinin kiçik vətəni

Çoxları bilmir ki, Mayakovski indiki Gürcüstan ərazisndə, elə də böyük olmayan Baqdati şəhərində anadan olub. Burda gələcəyin böyük şairi məktəbə gedib, sonra isə Kutaisi də gimnaziyaya daxil olub. Doğulduğu ev daha sonra muzeyə çevrilib.

Bulqakovun “xoşagəlməz" mənzili

3

“Master və Marqarita”nın müəllifinin yaşadığı yer. 2007-ci ildə muzey oldu. Turistlərin çox gəlib-getdiyi muzeylərdəndir.

Brodskinin sürgün yeri

Arxangelsk vilayətinin “Konoşo -1” adlı dəmiryol stansiyasında belə bir plakat asılıb: “1964-cü ilin payızında Nobel mükafatçısı şair İosif Brodski bura sürgün edilib”. Ancaq rus jurnalistlərindən biri bu səhvi yerindəcə düzəldib: payızda yox, yazda şair burda olub. Daha sonra jurnalist qeyd edir ki, Norensk kəndində İosif Broski ömrünün ən xoşbəxt günlərini yaşayıb.

Nabokovdan geriyə qalan dəbdəbə

Sant-Peterburq. Bolşoya Morsk küçəsi. Ev 41.

Bura nə vaxtsa bir işıq düşəcəkdi: Vladimir Nabokov adlı işıq.

Sonra o işıq çıxıb gedəcəkdi: uzaqlara, uzaqlara...

# 1629 dəfə oxunub

Müəllifin son yazıları

# # #