Həmid Piriyev: “Xoşbəxt adamlar” Ən qısa hekayə

Həmid Piriyev:  “Xoşbəxt adamlar”  Ən qısa hekayə
17 dekabr 2013
# 11:07

Kulis.Az Həmid Piriyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “ Xoşbəxt adamlar” (435 işarə) hekayəsini təqdim edir.

Haradasa xoşbəxt adamlar var...

Hər gün getdiyim yolla evə gedirəm. Bu küçələrin daşlarını da tanıyıram, ağaclarını da, dilənçilərini də; onlar da məni tanıyır.

Üç-dörd yaşlı qız uşağı nənəsiylə gəzməyə çıxıb. Qız göyə baxır və sevincək qışqırır:

- Samalyot, samalyot... – nənəsinin əlini dartır, - nənə, bax, samalyot.

Səmada nöqtə boyda bəyaz təyyarə görünür. Təyyarə uçur, xoşbəxt adamları gözəl ölkələrə aparır.

Mən olduğum yerdə xoşbəxtlik yoxdur...

Adam gedə xoşbəxt adamların olduğu gözəl yerlərə...

# 2203 dəfə oxunub

Müəllifin son yazıları

# # #