Mən dustağa bir xəbər ver... – Ən məşhur MƏHBƏS ŞEİRLƏRİ

Mən dustağa bir xəbər ver... – <span style="color:red;">Ən məşhur MƏHBƏS ŞEİRLƏRİ
25 oktyabr 2017
# 11:43

Kulis.az tanınmış şairlərimizin ən məşhur məhbəs şeirlərini təqdim edir.

Xaqani

Image result for xaqani şirvani

“Həbsdən şikayət”dən bir hissə

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,
Qərq olar qanda şəfəqtək çeşmi-giryanım mənim.

Qurmuşam qəm məclisi, yanmış söyüdtək indi, bax,
Mey süzür məndən mənimçün qanlı müjkanım mənim.

Yüz oyunbazlıq edər, narınca oxşar bu fələk,
Neyləyim səfra ilə odlanmasın canım mənim?

Ah oxumla hər səhər aldım hədəf, etdim şikar,
ol qoca qurdu ayaqdan saldı peykanım mənim.

Pas kimi sardı məni dövran ki, yandırsın, həmən,
Ah odumla yandı, his oldu o dövranım mənim.

Image result for qaçaq nəbi

“Qaçaq Nəbi” dastanından

Qazamat istidir, yata bilmirəm

Qıçımda qandal var, aça bilmirəm.

Mənim bu günümdə gələsən, Nəbi

Qazamat dalını dələsən, Nəbi

Azaflı Mikayıl

Image result for Azaflı Mikayıl

Bülbül

Mən dustağa bir xəbər ver,

Açılıbmı yaz, ay bülbül?

Dərdim çoxdu sənə deyim,

Qələm götür, yaz, ay bülbül.

Qızılgüllər yetişirmi,

Göldə sona ürküşürmü?

Səmalarda ötüşürmü,

Ördək, durna, qaz, ay bülbül?

El köçürmü dağ sərinə,

Dönürmü aran yerinə?

Bənövşələr bir-birinə,

Eyləyirmi naz, ay bülbül?

Azaflı tək yanma odda,

Nəşə çoxdu bu həyatda.

O çəkdiyin nalə altda,

Yandım, oldum köz, ay bülbül.

Sabahaddin Ali

Image result for sabahaddin ali

Aldırma könül

Başın öne eğilmesin

Aldırma, gönül, aldırma

Ağladığın duyulmasın,

Aldırma, gönül, aldırma

Dışarda deli dalgalar

Gelip duvarları yalar;

Seni bu sesler oyalar,

Aldırma, gönül, aldırma

Görmesen bile denizi,

Yukarıya çevir gözü:

Deniz gibidir gökyüzü;

Aldırma, gönül, aldırma

Dertlerin kalkınca şaha

Bir küfür yolla Allaha

Görecek günler var daha;

Aldırma, gönül, aldırma

Kurşun ata-ata biter

Yollar gide-gide biter;

Ceza yata-yata biter;

Aldırma, gönül, aldırma

Nazim Hikmət

Image result for nazim hikmət

Bu gün pazar

Bu gün pazar.

Bugün beni ilk defa güneşe çıkardılar.

Ve ben ömrümde ilk defa gökyüzünün

Bu kadar benden uzak

Bu kadar mavi

Bu kadar geniş olduğuna şaşarak

Kımıldamadan durdum.

Sonra saygıyla toprağa oturdum,

Dayadım sırtımı duvara.

Bu anda ne düşmek dalgalara,

Bu anda ne kavga, ne hürriyet, ne karım.

Toprak, güneş ve ben...

Bahtiyarım...

Xəlil Rza Ulutürk

Image result for xəlil rza

Azadlığı istəmirəm...

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb gibi, dərman gibi

İstəyirəm

SƏMA gibi,

GÜNƏŞ gibi,

CAHAN gibi!

Çəkil, çəkil, ey qəsbkar,

mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!!!

Sücaət

Image result for sücaət

Anamın

Deyin dustaqları buraxacaqlar.

Qoy qəm bozartmasın üzün anamın.

Deyin qırılacaq zülümün zənciri.

Birtəhər başını yozun anamın.

Zəhər gizlənibmiş aşımın altda.

Bır dərya varıymış qaşımın altda.

Yastıq daşa dönüb başımın altda.

Burda hardan alım dizin anamın?

Taleyi şil-şikəst fikri sağ oldum.

Sevinci bir zərrə dərdi dağ oldum.

Gah xəstə, gah əsgər, gah dustaq oldum.

Quruyan görmədim gözün anamın.

Sücaət, etdilər talan ömrümü.

Kor olsun daşlara çalan ömrümü.

Talanan talanıb qalan ömrümü.

Ömrünün üstünə yazın anamın.

Əlisəmid Kür

Image result for əlisəmid kür

Ad günü keçirmir həbsxanalar

Bir qədəh zəhər,

boyu uzunu ipək kəndir

gətirdilər şairə ad günündə.

Səslər gəldi qulağına:

– İçək sənin sağlığına!

İçmədi!..

– İpək kəndir ölçülübdür boynuna,

Keçmədi…

Pıçıldadı öz-özünə

öz qanını içən şair,

«Azadlıq» sözündən asılan şair:

– Ad günü keçirmir həbsxanalar!

…Qismət etmə kafirə də

kamerada, dar otaqda

dönə saat kəfkirinə;

Neçə kilometr yol gəldi şair,

Yol uzanır, yol uzanır

Azadlığın ad gününə

burulğanlar içindən…

Səsin gəlsin, Xəlil Rza,

Səsin gəlsin,

Ad günü keçirmir həbsxanalar!..

Həmid Herisçi

Image result for həmid herisçi

Bu şeir Bayıl zindanında ölümə məhkum olunmuş Əhədlə vidalaşmağımdı

Qalın müqəddəs kitabları açsaq

onlar düz ortasından açılacaq,

onların ilahi düzgünlüyü ilk dəfə

bax burda üzə çıxacaq,

şairin yediyi dilotunun

hansı çöllərdə bitdiyi də

bu kitablardan anlaşılacaq,

tabut adlanan dördbucaq

bu kitabların hikmətiylə yox olacaq…

biz işdən maaş da almasaq

bizi elə o hikmətlər dolandıracaq…

Əhəd, özün bilirsən,

səni güllələyəcəklər,

hələ meyitinin şəklini çəkib

onu cinayət işinə tikəcəklər,

səni bəlkə şimalın zəhərli mədənlərində

işlədəcəklər….

ancaq, insan gerçək mənada diri olsaydı

o heç vaxt ölməzdi,

bu mənasız aləmin tarlalarında bitən

faniliyin tərəvəzi

ona güc gələ bilməzdi….

Papaqlar bizi göy üzündən,

çəkmələr bizi yer üzündən qorumalıydı,

güllələr səni də, məni də

yerə yıxmamalıydı,

bizim könül dükanlarımızdan

sevgilərin cehizi alınmalıydı,

Əhəd, mən anlayıram, bəlkə ölüm də

bir az həyata oxşamalıydı…

Əhəd, bu şəhərin içində bir-iki ölü şəhər var…

biri Qobustandı, ən qədimi,

o qum altında qaldı,

Səbayıl su altında….

Bayır şəhər, İçəri şəhər, Günəşli….

…Onlar da göy altında basdırılıb…

Əhəd, Əhəd,

səninlə günəş də vidalaşıb…

Saday Şəkərli

Image result for saday şəkərli

Məhbəs şeiri

Şair, gecə gəlir təbin,

Yaz, nə qədər istəyirsən,

Qaranlıqda işıq saçan,

Söz, nə qədər istəyirsən.

Göz işlər talan tərəfə,

Qul meyli palan tərəfə,

Əyilib yalan tərəfə,

Düz, nə qədər istəyirsən.

Tək mənimlə işi yoxdu,

Ruhumun təftişi yoxdu,

Bu yerlərdə kişi yoxdu,

Qız, nə qədər istəyirsən.

Şortək çürütməyək dərdi,

İnsan ki, gəldi-gedərdi,

Gör namərddə nə qədərdi,

Üz, nə qədər istəyirsən.

Kitaba salır yazımı,

Bu gönüqalın yazımı,

Qarala alın yazımı,

Poz, nə qədər istəyirsən.

Mən yarpaq, ömür barama,

Ölmək yaraşır harama,

Səp köhnəlməyən harama,

Duz, nə qədər istəyirsən.

Əyyub Qiyas

Image result for əyyub qiyas

Məhbəsdə

Bu gün ad günümdür!

dörd divar arasında

önümdə termosda dəmlənmiş

xoruzquyruğu çay,

qəlyanımın buğlanan tüstüsü,

bir də, bir iki rəngli şəkil.

Bu da ömürdən sovrulan

daha bir il.

özümü danlaya-danlaya

bir udum çay

bir udum tüstüylə

yola vermək istəyirəm

axşamı!

Gecə düşən kimi,

axşam olan kimi

bilirəm ki, yığışıbsız bir yerə.

Xəyallar dəli eyləyir adamı.

Bu gün ad günümdür mənim.

Həyatla ölüm arasındakı

körpünün üstüylə

yüyürən adam kimiyəm.

Gözdən könüldən

uzaqda qalmışam

Tənha ada kimiyəm

Başımın üstündən

Quş da uçmaz ki,

səmaların gözəlliyini duyam

bu anlarda çoxu üçün

unudulmuş şirin

bir yuxuyam

Gözucu tikanlı

məftillərə baxıram

Gözlərim yarıb keçir

daş divarları.

Dünyanın ən qərib yeri,

Ən qəribə yeri

zindanmış demə.

Qurban olduğum

Bu gün ömrümdə ilk dəfə

namazımı üzü qibləyə yox

üzü sizə sarı qıldım.

Dedim, bəlkə eşidə bidiniz

səsimi.

Üzü qibləyə sarı

namaz qıldığımda

tanrı səsimi eşidərdi

həmişə.

Bu dəfə də istədim ki,

sən eşidəsən səsimi

Qurban olduğum

Bu gün ad günümdür mənim!

Təzə yaşımın bayramı.

dəliyə hər gün bayramdır,

bunu da bilir hamı.

Bəxtiyar Hidayət

Image result for bəxtiyar hidayət

Ana

Gəl elə ağlama, elə ağlama

Göylər inildəyər, yer mələr, ana

Bə şair doğanda bilmirdinmi ki

Şairi gözləyir türmələr, ana

Qara yel gələndə dağ susa bilər

Qara gün gələndə ağ susa bilər

Zorun qarşısında Haq susa bilər

Haqqın qarşısında zor mələr, ana

Olacaq ay dəli, gün dəli bir gün

Olacaq o təndir kündəli bir gün

Açıb qollarından qandalı bir gün

Bəxtiyar qolunu çirmələr, ana

Fərid Hüseyn

Image result for fərid hüseyn

Həbsxana haykuları

Zindanı sökdülər –

daşlar azadlığa qovuşdu,

məhbuslar "təzə ev"lərinə.

***

Əlini asacaqlar deyə

dinməzcə

ürəyində kəndir əyirirdi gecələr...

***

Təbiət vəfalıdır –

səhərlər Günəş, axşam Ay gəlir –

nəzarətçi dəftərə qeyd eləmir bu görüş günlərini.

Şəhriyar del Gerani

Image result for şəhriyar del gerani

Mart

hərdən belə də olur:
allaha deyirəm
Ki,
günəşə görə çox sağ ol -
yağışa görə də,
küləyə görə də,
və sairə...

hərdən belə də olur:
allaha deyirəm
ki,
o qadına görə çox sağ ol -
əllərinə görə,
gülüşünə görə,
yerişinə görə də,
və sairə...

hərdən də olur ki,
bircə günəşin xatirinə sabaha çıxmaq istəyirsən.
bircə qadının xatirinə başqa bütün sabahlara.

hərdən də olur ki,
heç nə olmur.
bax,
belə...

2012, Təbriz Mərkəzi Həbsxanası

Faiq Balabəyli

Image result for faiq balabəyli

Sən getdin

Sən getdin, özünlə apardın,

Gətirdiyin bir udumluq sevinci.

Zülmətə döndü hər tərəf,

Yağmura düşdüm elə bil.

Batdı limanda gəmilər,

Söndü bütün işıqlar,

Sən gedəndən sonra.

Bir vaxtlar barmaqarası

Baxdığım həyata

Barmaqlıqlar arasından

Baxmağımı indi dərk etdim.

İndi özümə görk etdim;

Necə də gözəlmiş həyat,

Və sənli günlər.

Sən getdin,

Və başa düşdüm ki,

Bu andan məhbəs həyatı yaşayıram,

İçimdə sənsizliyi daşıyıram.

14. 01. 2007.
10 saylı CÇM

# 5180 dəfə oxunub

Müəllifin son yazıları

# # #