Yerin Aydan başqa neçə peyki var? – CAHİLLİKLƏR KİTABI

Yerin Aydan başqa neçə peyki var? – CAHİLLİKLƏR KİTABI
17 fevral 2017
# 16:56

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Yer planetinin neçə peyki var?

Ən az yeddi.

Şübhəsiz ki, Ay Yer kürəsinin orbitini tam olaraq izləyən yeganə göy cismidir. Amma Yer kürəsinə yaxın asteroidlər (NEAs) kimi adlandırılan altı dənə başqa göy cismi də var; bunlar Yeri Günəşin ətrafında izləyir və adi gözlə görünmür.

Bu “ortak orbitlər”dən birincisi Cruithnedir (Kru-iin-ya kimi tələffüz edilir və Britaniyada yaşayan ilk Kelt qəbiləsinin adını daşıyır).

5 kilometr boyunda olan peyk 1997-ci ildə kəşf edilib. At nalı formasındakı qəribə orbiti var.

O tarixdən sonra daha beş peyk tapılıb və bunlar belə adlandırılıb: 2000 PH5, 2000 WN10, 2002 AA29, 2003 YN107 və 2004 GU9.

Bunlar həqiqətən peykdirlərmi?

Bir çox astronom bu göy cisimlərinin peyk olmadığını iddia etsə də, bu cisimlər həqiqətən adi asteroidlərdən fərqlənirlər. Bu asteroidlər eynən Yer kimi təqribən bir il ərzində Günəşin orbitində fırlanırlar (bir yarış yerində eyni sürətlə, amma fərqli zolaqlarda hərəkət edən iki maşın düşünün) və zaman-zaman bir-birilərinə çox kiçik cəlbetmə qüvvəsinin təsirində olmağa kifayət edəcək qədər yaxınlaşırlar.

Belə vəziyyətdə bunları istər saxta peyk, istər yarı-peyk, istəyirsiniz də asteroid olaraq adlandırın, yenə də baxmalı mənzərə yaradırlar.

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Buqələmunların rəng dəyişməsinin sirri – MÜHİTLƏ BAĞLI DEYİLMİŞ

Dəccalın simvolunu Engels tapıb?

Nisbilik nəzəriyyəsi Eynşteynin kəşfi deyilmiş

Telefonu Qraham Bell icad edib? – QƏTİYYƏN!

Yer kürəsini ətrafına dolanan ilk insan kimdir? – YANLIŞ BİLDİKLƏRİMİZ

Pişiklər yüksəklikdən düşəndə niyə ölmür? – CAHİLLİKLƏR KİTABI

Gilyotini fransızlar kəşf etməyib? – CAHİLLİKLƏR KİTABI

# 1662 dəfə oxunub

Müəllifin son yazıları

# # #